Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) Ətraf mühit və təbii ehtiyatlar komissiyasının növbəti iclası 2017-ci ildə Qazaxıstanda keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə komissiyanın sədri, Azərbaycanın TürkPA-dakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov məlumat verib.
O bildirib ki, iclasın keçiriməsi ilə bağlı Qazaxıstan tərəfindən dəvət daxil olub: "İclas 2017-ci ilin II yarısında baş tutacaq. Lakin konkret zaman hələ ki müəyyən edilməyib. İclasın Qazaxıstanda keçirilməsi təklifi onlar tərəfindən gəldi və biz də bunu qəbul etdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB