Növbəti iclas Qazaxıstanda keçiriləcək

24 Noyabr 2016 12:13 (UTC+04:00)

Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) Ətraf mühit və təbii ehtiyatlar komissiyasının növbəti iclası 2017-ci ildə Qazaxıstanda keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə komissiyanın sədri, Azərbaycanın TürkPA-dakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov məlumat verib.

O bildirib ki, iclasın keçiriməsi ilə bağlı Qazaxıstan tərəfindən dəvət daxil olub: "İclas 2017-ci ilin II yarısında baş tutacaq. Lakin konkret zaman hələ ki müəyyən edilməyib. İclasın Qazaxıstanda keçirilməsi təklifi onlar tərəfindən gəldi və biz də bunu qəbul etdik".