Milli Məclisin iclası başladı gündəlikdə 7 məsələ var

Milli Məclisin yas sessiyasının növbəti plenar iclası başlayıb. SİA-nın xəbərinə görə, bugünki iclasın gündəliyinə 7 məsələ daxil edilib.

İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ilə yanaşı, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi, "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi, Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...