Kamal Abdulla amerikalı senatorla görüşüb

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Nevada Ştat Assambleyasının spikeri Con Həmbrik (John Hambrick) ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, 29 aprel 2015-ci ildə Con Həmbrikin birbaşa dəstəyi ilə Nevada Ştat Assambleyası (Parlamenti) tərəfindən Azərbaycanda mövcud olan multikultural durum və tolerantlıq ənənələrinin təqdir olunduğu sənəd qəbul edilib.

Dövlət müşaviri Kamal Abdullayev qonağı salamlayıb, Azərbaycanla bağlı xeyirxah fəaliyyətinə görə Con Həmbrikə minnətdarlığını bildirib: "Azərbaycanda sizi yaxşı tanıyırlar. Ədalətin tərəfində olduğunuz üçün sizə təşəkkür edirik. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə deyir ki, Dağlıq Qarabağ problemində həmişə dünya ictimaiyyətinin dəstəyinə arxalanırıq. Siz də dünya ictimaiyyətinin dəyərli nümayəndələrindən birisiniz. Xalqımız Azərbaycanla bağlı gördüyünüz işlərə görə sizə ən xoş arzularını çatdırır".

BBMM-in Himayəçilik Şurasının sədri Kamal Abdullayev Assambleya sədrinə Mərkəzin yaradılması və fəaliyyəti haqqında məlumat verib: "Cənab Prezident İlham Əliyevin sərəncamı ilə təxminən ilyarım əvvəl təsis olunan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasında əsas məqsəd Azərbaycanın dövlət və xalq olaraq multikulturalizmə verdiyi dəyərin bu Mərkəz vasitəsilə bir çox ölkələrə çatdırılmasıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi vasitəsilə "Azərbaycan multikulturalizmi" fənni Avropanın bir çox universitetlərində, bütövlükdə isə dünyanın 13 ölkəsinin ali təhsil ocaqlarında tədris edilir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən mütəmadi olaraq Beynəlxalq Multikulturalizm yay və qış məktəbləri təşkil olunur. Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın müxtəlif universitetlərində Azərbaycan multikulturalizmini öyrənən tələbələr yay və qış məktəblərində iştirak edərək bunun əyani şahidi oldular".

Con HəmbrikAzərbaycanda ikinci dəfə səfərdə olmasından məmnunluğunu ifadə edərək Nevada ştatı seçicilərinin salamını çatdırıb.

Senator bundan sonra da AzərbaycanlaNevada ştatı arasında müxtəlif sahələr üzrə əməkdaşlığı genişləndirməyin vacibliyindən söz açıb.

Görüşdə ilkin olaraq yaxın gələcəkdə Nevada Ştatının ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmi ilə bağlı tanışlıq mühazirələrinin, sonrakı mərhələdə isə Nevada universitetlərindən birində "Azərbaycan mulıtikulturalizmi" fənninin tədrisinin təşkili qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə