Çexiya parlament nümayəndələri: “Seçkilərdə qadınların aktivliyi hiss olunurdu”
Azərbaycan Respublikası Milli Məclisində keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində akreditə olunmuş Çexiya parlament nümayəndələri mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, konfransda Çexiya parlament nümayəndəsi Milan Sarapatka seçkilərin yüksək səviyyədə baş tutduğunu deyib: "10 yaxın məntəqədə olduq. Hər şey qanun çərçivəsində həyata keçib".
Vaclav Snopek fəallığın yüksək səviyyədə olduğunu bildirib: "Adi vətəndaşların müşahidəçi kimi iştirak etmələri müsbət haldır. Seçkilərdə qadınların aktivliyi hiss olunurdu. Bakıdan kənarda məntəqələrin birində demək olar ki, qadınlar çalışırdı".
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB