Azərbaycan Respublikası Milli Məclisində keçirilən seçkilərdə beynəlxalq müşahidəçi qismində akreditə olunmuş Çexiya parlament nümayəndələri mətbuat konfransı keçirib. SİA-nın verdiyi xəbərə görə, konfransda Çexiya parlament nümayəndəsi Milan Sarapatka seçkilərin yüksək səviyyədə baş tutduğunu deyib: "10 yaxın məntəqədə olduq. Hər şey qanun çərçivəsində həyata keçib".
Vaclav Snopek fəallığın yüksək səviyyədə olduğunu bildirib: "Adi vətəndaşların müşahidəçi kimi iştirak etmələri müsbət haldır. Seçkilərdə qadınların aktivliyi hiss olunurdu. Bakıdan kənarda məntəqələrin birində demək olar ki, qadınlar çalışırdı".
Zaurə Əmirova