Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser Bakı Dövlət Universitetində (BDU) olub. BDU-dan bildiriblər ki, görüşdə səfir
universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələrinə "Regionalizm və qloballaşma: Azərbaycan və Pakistan üçün təhdidlər və həlli yolları" mövzusunda mühazirə oxuyub.
Diplomat Pakistan-Azərbaycan münasibətləri, ölkəsinin xarici siyasəti, qloballaşma barədə danışıb.
Sonra tələbələrin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə