Pakistan səfiri BDU-da

6 Fevral 2015 21:37 (UTC+04:00)

Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser Bakı Dövlət Universitetində (BDU) olub. BDU-dan bildiriblər ki, görüşdə səfir

universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələrinə "Regionalizm və qloballaşma: Azərbaycan və Pakistan üçün təhdidlər və həlli yolları" mövzusunda mühazirə oxuyub.

Diplomat Pakistan-Azərbaycan münasibətləri, ölkəsinin xarici siyasəti, qloballaşma barədə danışıb.

Sonra tələbələrin sualları cavablandırılıb.