“Göytəpə Arxeoloji Parkı”nın yaradılması ilə bağlı ilkin layihə təqdim olunacaq
Sabah Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində "Göytəpə Arxeoloji Parkı"nın yaradılması ilə bağlı ilkin layihələndirmə işlərinin təqdimatı keçiriləcək. AMEA-dan SİA-ya verilən xəbərə görə, təqdimatda Tovuzda aşkar edilən Göytəpə neolit dövrü yaşayış məskənində aparılan tədqiqatlar haqqında məlumat veriləcək, Qafqazın, o cümlədən Azərbaycanın tarixi, həmçinin erkən sivilizasiyaların tədqiqi baxımından yaşayış məskəninin dünya miqyasında əhəmiyyəti, arxeoloji parkın yaradılmasının zərurəti, Azərbaycanda turizmin inkişafında müstəsna rolundan bəhs olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB