Sabah Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində "Göytəpə Arxeoloji Parkı"nın yaradılması ilə bağlı ilkin layihələndirmə işlərinin təqdimatı keçiriləcək. AMEA-dan SİA-ya verilən xəbərə görə, təqdimatda Tovuzda aşkar edilən Göytəpə neolit dövrü yaşayış məskənində aparılan tədqiqatlar haqqında məlumat veriləcək, Qafqazın, o cümlədən Azərbaycanın tarixi, həmçinin erkən sivilizasiyaların tədqiqi baxımından yaşayış məskəninin dünya miqyasında əhəmiyyəti, arxeoloji parkın yaradılmasının zərurəti, Azərbaycanda turizmin inkişafında müstəsna rolundan bəhs olunacaq.