BDU-da Mövlana Cəlaləddin Rumiyə həsr olunan konfrans keçirilib

Bu gün Bakı Dövlət Universitetində Həzrəti Mövlananın 740-cı ildönümü və Seyyid Yəhya Şirvaninin 550 illik yubileyi münasibətilə "Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Perspektivində Azərbaycandan-Anadoluya İrfan Yolu" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda universitetin professor-müəllim heyəti, o cümlədən Türkiyənin Marmara Universitetinin professoru Nejdət Tosun, Erciyes Universitetinin dosenti Osman Nuri Küçük iştirak ediblər.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov Mövlana Cəlaləddin Rumi və Seyyid Yəhya Şirvaninin yaradıcılıqlarından, onların alim, mütəfəkkir olaraq ədəbiyyata bəxş etdikləri əsərlərin əhəmiyyətindən, dövrlərin ən mötəbər elm adamları kimi xidmətlərindən bəhs edib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun, millət vəkili Qəniri Paşayeva alim-mütəfəkkirlə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Qeyd edək ki, konfrans Bakı Dövlət Universiteti, Türkiyə Cümhuriyyəti Bakı Səfirliyinin Kültür və Tanıtma Müşavirliyi, Bakı Yunus Əmrə Türk Kültür Mərkəzi, Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gəncliyə yardım Fondunun təşkilatçılığı ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə