Türk­dilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Fo­ru­mu iyunda keçiriləcək

Azərbaycanda "Türk­dilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Fo­ru­mu"­­­ ke­çiril­əcək. SİA-nın məlumatına görə, bu barədə qərar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, XXI əsrin əvvəlində dünyada baş verən iqtisadi böhran başa çatsa da, gələcəkdə gözlənilən böhranların qarşısının alınması istiqamətində səylərin birləşdirilməsi zəruridir: "Bu tip təşəbbüslərin türkdilli dövlətlər arasında həyata keçirilməsi imkanları forumda müzakirə ediləcək".

Daha sonra Akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdulla bu ilin avqustunda Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zir­və Toplantısınında Prezident İlham Əliyev çıxışını xatırladıb: "Ölkə başçısı türkdilli dövlətlər arasında iqtisadi əmək­daşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Bu çağırış "Türkdilli dövlətlərin iqtisadçı alimlərinin I Bakı Forumu"nun ke­çirilməsi üçün zəmin yaradıb. Forumun təşkilində məqsəd türkdilli ölkələrdə baş verən sosial-iqtisadi proseslərin təhlili, türksoylu iq­­tisadçı alimlərin qarşılıqlı elmi mübadilələrinin təmin edilməsi, elmi-strateji araş­dır­malara təkan verilməsi, həmçinin bu istiqamətlərdə konkret təklif və tövsiyələrin irəli sürülməsidir".

K.Abdullanın sözlərinə görə, forumun ilk dəfə Azərbaycanda təşkili ölkəmizin dünyada nüfuzunun yüksəlməsinə və elmi əlaqələrin genişlənməsinə əhəmiy­yət­li təsir göstərəcək.

Qeyd edək ki, forumun 2014-cü ilin iyun ayında keçiriləcəyi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə