KİVDF-nin icraçı direktoru və şura üzvləri təyin edildi

Azərbaycan prezidenti sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru və Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqda sərəncam imzalayıb.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə"nin 6.21-ci bəndinə uyğun olaraq qərara alıb:

Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilsin.

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

dövlət orqanlarından:

Əliyev Vüqar Saydam oğlu

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

Qurbanov Faiq Mirəsədulla oğlu

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi

Hümbətov İntiqam Rəsul oğlu

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi

kütləvi informasiya vasitələrindən:

Məcidov Rəşad Müseyib oğlu

"525-ci qəzet"in baş redaktoru

Rəhimzadə Vüqar Gəncəli oğlu

"İki Sahil" qəzetinin baş redaktoru

Sadıqov Bəxtiyar Yusif oğlu

"Azərbaycan" qəzetinin baş redaktoru

jurnalist təşkilatlarından:

Amaşov Əflatun Əhməd oğlu

Azərbaycan Mətbuat Şurasının sədri

Ələsgərli Müşfiq Məşi oğlu

Jurnalistlərin Həmkarlar İttifaqının sədri

Mirzəyev Umud Rəhim oğlu

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri.

Bütün xəbərlər Facebook səhifəmizdə