Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru və Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqda sərəncam imzalayıb.
Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə"nin 6.21-ci bəndinə uyğun olaraq qərara alıb:
Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilsin.
Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:
dövlət orqanlarından:
|
||
Əliyev Vüqar Saydam oğlu |
|
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri
|
Qurbanov Faiq Mirəsədulla oğlu |
|
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi
|
Hümbətov İntiqam Rəsul oğlu |
|
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi
|
kütləvi informasiya vasitələrindən:
|
||
Məcidov Rəşad Müseyib oğlu |
|
"525-ci qəzet"in baş redaktoru |
Rəhimzadə Vüqar Gəncəli oğlu |
|
"İki Sahil" qəzetinin baş redaktoru |
Sadıqov Bəxtiyar Yusif oğlu |
|
"Azərbaycan" qəzetinin baş redaktoru |
jurnalist təşkilatlarından:
|
||
Amaşov Əflatun Əhməd oğlu |
|
Azərbaycan Mətbuat Şurasının sədri |
Ələsgərli Müşfiq Məşi oğlu |
|
Jurnalistlərin Həmkarlar İttifaqının sədri |
Mirzəyev Umud Rəhim oğlu |
|
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri. |