Xocalı Türkiyədə silsilə tədbirlərlə anılacaq

Millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfranslarda çıxış etmək üçün bu gün Türkiyəyə yola düşüb

Millət vəkili Qənirə Paşayeva Türkiyədə Uşak Universiteti tərəfindən, İzmirdə və Turqutluda Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı təşkil edilən konfranslarda çıxış edəcək.

Eyni zamanda millər vəkili Xocalı və Qaradağlı soyqırımı ilə bağlı həmmüəllifi olduğu "Hocalı Soykırımı: tanıkların dili ile" və "Qaradağlı Soyqırımı: şahidlərin dili ilə" kitabların və "Azərbaycan həqiqətləri"filmlər toplusunun, "Hocalı Soykırımı: tanıkların dili ile" və "Ruhum Qarabağlıdır" filmlərin təqdimat mərasimlərinə qatılacaq. Azərbaycan həqiqətlərinin qardaş ölkədə daha geniş şəkildə yayılması məqsədilə qeyd edilən materiallar İzmir, Uşak və Turqutlu şəhərlərinin dövlət qurumlarına, universitetlərinə, qeyri-hökumət təşkilatlarına, kitabxanalarına və KİV-inə veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə