Özünü əslən azərbaycanlı sayan İran müğənnisi Ququş Azərbaycan mahnısını erməni dilində oxumaqla əslində erməni olduğunu sübuta yetirib. "Gedək üzü küləyə" mahnısı Ququşun canlı ifasında erməni dilində musiqiçilərin müşayəti ilə "Youtube"də yayımlanıb.

Qeyd edək ki, sözləri Əliağa Kürçaylı, musiqisi Elza İbrahimovaya məxsus kompozisiya xalq artisti Şövkət Ələkbərovanın repertuarında olan ən məşhur mahnılardandır. Ququş "Gedək üzü küləyə" mahnısını 2010-cu ildə ifa etsə də, sosial şəbəkələrdə yeni yayılmağa başlayıb.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ququş İranın Şərqi Azərbaycan vilayətində baş verən güclü zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsinə kədərləndiyini "Facebook"da səhifəsində yazdığı statusda bu tərzdə bildirmişdi: "Qardaş, bacı, bizim ölkəmizdə bu sözlər artıq dağların arxasında qalıb. Sənə qurban olum, mən özüm də azəriyəm. Əgər bu sözlərimə inansanız, bilərsiniz ki, ürəyim yanır. Mənə qulaq asmağa gələn hər kəsin istəyirəm dodaqları da gülsün. Hər gün ağlayırıq, qurtarmır? Canım sizə qurban".

Amma görəsən əsrlərdən bəri xalqımıza düşmən kəsilən bir millətin - barbar xalqın dilində bizim xalq mahnımızı ifa etməyə Ququşu nə vadar edib? Barbarların dilinə, dininə, milliyyətinə məhəbbətmi, yoxsa onun özünün üzdəniraq millətə mənsubluğumu ona bu addımı atmağa vadar edib. Hərçənd, kim olursa olsun, bu xəyanətkar millətin ən yaxşısına belə azacıq rəğbət göstərmək azərbaycanlıların keçmişinə, bu gününə, gələcəyinə həqarətdir, təhqirdir.

"Gedək üzü küləyə" mahnısını Şövkət Ələkbərovanın ifasında və Ququşun oxuduğu ermənicə versiyasını sizə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə