Dövlət Qulluqçularının peşə bayramı qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Dövlət Qulluqçularının Peşə Bayramı Gününə və Beynəlxalq Dövlət Qulluğu Gününə həsr

olunan "Azərbaycan Respublikasında dövlət qulluğunun aktual problemləri" mövzusunda

elmi-praktik konfrans keçiriblər. SİA-nın xəbərinə görə, konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları, DİA-nın professor–müəllim heyəti və müdavimləri, mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarının məsul işçiləri iştirak ediblər.


Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət

İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanda dövlət qulluğu

tarixindən danışaraq qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyev Azərbaycanda

hakimiyyətə gəldikdən sonra dövlət qulluğu sistemi və onun hüquqi bazası formalaşdırılıb.


"Dövlət qulluğu: 2007-2012-ci illər – nailiyyətlər və hədəflər" mövzusunda çıxış

edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə

Komissiyanın sədri Bəhram Xəlilov qeyd edib ki, ilk dəfə "dövlət qulluğu" anlayışı

Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə

hazırlanan və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda xalqın iradəsi ilə qəbul edilən

Konstitusiyada öz əksini tapıb. Qeyd edilib ki, ölkədə aparılan dövlət qulluğu

siyasətinin əsas qayəsini ölkəmizdə məsuliyyətli və demokratik idarəçiliyin yaradılması,

dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi, vətəndaşların

qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi, habelə dövlət orqanlarının üzərinə düşən

funksiyaları səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət

qulluqçusu korpusunun formalaşdırılması təşkil edir. Belə bir korpusun formalaşdırılması

üçün dövlət qulluğuna qəbulla bağlı tətbiq edilən yeniliklərdən danışan natiq gənclərin dövlət

qulluğuna cəlb edilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə

hazırlanan və uğurla həyata keçirilən "Elektron Azərbaycan" Dövlət Proqramı, İKT-nin dövlət qulluğunda tətbiqinin əhəmiyyəti və bu sahədə Komissiyanın gördüyü işlər barədə, o cümlədən də dövlət qulluqçularının İKT sahəsində təlimlərə cəlb edilməsi barədə gördüyü işlər barədə məlumat verib.


Sonra Akademiyanın I prorektoru professor Əlikram Abdullayev "Dövlət orqanlarının

kadr potensialı milli təhlükəsizlik amili kimi", Dövlət idarəçiliyində informasiya

texnologiyaları kafedrasının dosenti Ağamehdi Mehdiəliyev "Dövlət qulluqçusu yeni

informasiya məkanında" mövzularında çıxış edib, dövlət qulluğunda rast gəlinən problemlər

və onların həlli yolları barədə konfrans iştirakçıları ilə öz fikirlərini bölüşüblər. Konfransda

Akademiyanın təhsil portalıının təqdimatı da olub. Konfransın sonunda BMT-nin İctimai

İnformasiya Departamentinin nümayəndəsi Envera Səlimoviç çıxış edərək gənclərin dövlət

qulluğuna cəlb edilməsi ilə bağlı görülən işləri təqdirəlayiq hal kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...