Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 əməkdaşı işdən çıxarılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) aktiv sosial müdafiə proqramlarının icra vəziyyəti və inkişaf perspektivlərinin, əhaliyə xidmətin yüksəldilməsi, o cümlədən elektron xidmətlərin tətbiqi və vətəndaş müraciətlərinin araşdırılması istiqamətində görülən işlərin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə keçən iclasda videkonfrans sistemi vasitəsilə distant formada nazirliyin yerli strukturlarının məsul şəxsləri də iştirak edib. İclasda ünvanlı sosial yardımların ödənişi sisteminin daha da təkmilləşdirilməsi və mərkəzləşdirilmiş qaydada aparılması məqsədilə yeni icra mexanizmlərinin tətbiqi, bununla bağlı seçilmiş 18 pilot rayonda görülən işlər, habelə aktiv sosial müdafiə tədbiri olan "Özünədəstək"-birdəfəlik ünvanlı dövlət sosial yardımı proqramının icrası işlərinin rayonlar üzrə əhatə dairəsinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub.
Eyni zamanda, yeni sosial xidmət modellərinin tətbiqi və bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqi istiqamətində aparılan işlər təhlil edilib. İclasda vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olmuş ərizə və şikayətlərin araşdırılması, həmçinin bölgələrdə vətəndaşların müraciətlərinə özlərinin iştirakı ilə obyektiv və ədalətli baxılması işlərinin nəticələri təhlil olunmaqla, vətəndaş narazılığına səbəb olan nöqsanlara yol vermiş əməkdaşlar barəsində görülmüş tədbirlər barədə məlumat verilib. Nazir Fizuli Ələkbərov müzakirə olunan məsələlərlə bağlı aidiyyatı strukturların rəhbər şəxslərinə müvafiq tapşırıqlar verib.
Sonda kollegiya iclasının qərar layihəsi oxunaraq qəbul edilib. Qərara əsasən, vətəndaşlara xidmət sahəsində yol verdikləri nöqsanlara görə Ağcabədi, Astara, Lənkəran və Şəmkir rayonlarının direktorlarına intizam tənbehinin tətbiq edilməsi barədə həmin rayonların İcra Hakimiyyətlərinə təqdimatlar verilib. Həmçinin Ağcabədi, Astara, Gədəbəy, Şəmkir, Quba, Lənkəran rayon ƏSMM-lərinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorlarının baş məsləhətçiləri olan ümumilikdə 6 nəfər əməkdaş tutduqları vəzifədən azad ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Alimlər aclıqla beyin arasındakı əlaqəni izah ediblər...
Səhiyyə 21:53Gözlənilməz bir yağ əvəzedicisi kəşf edilib...
Texnologiya 21:44Dibrova keçmiş əri ilə münasibətləri barədə:“Bəzi dönüşlər var”...
Şou-Biznes 21:36Putin yeni fərman imzalayıb...
Dünya 21:24Rus alimləri “yaş saatı” yaratmaqda uğur qazanıblar...
Maraqlı 20:23“Avropa yeni müharibəyə hazırlaşır..?”
Dünya 20:14Putin üçün İmperiya tələsi..?
Dünya 19:43Ceyms Kameron milyarder rejissorlar klubuna qoşulub…
Mədəniyyət 19:24Cəbhədə Rusiyanın itkiləri 30 faiz artıb...
Dünya 19:15Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Sosial 19:11Laçın-Şuşa yolunda yük maşını aşıb
Hadisə 19:01Ukrayna robot müharibəsindən danışır...
Dünya 18:44Le Pen Makrona müraciət edib...
Dünya 18:35National Security Journal: “Putin səhv edir…”
Dünya 18:24Sığorta ödənişləri niyə gecikir?
İqtisadiyyat 17:44Vüqar Əhmədov Qobustanda vətəndaşlarla görüşüb
Sosial 16:29KOBİA nümayəndələri Şimal Sərhədləri İnvestisiya Forumunda iştirak edib
İqtisadiyyat 16:27Birbank-dan bayram sürprizi: metroda gediş haqqına 50 faiz endirim edildi
İqtisadiyyat 16:18DİQQƏT! Bu cür suları almayın - EKSPERT AÇIQLADI
Səhiyyə 16:15Mənzil qiymətlərinin bahalaşmasının əsas səbəbləri nələrdir ? - EKSPERT
İqtisadiyyat 15:55Qohumluq bağları niyə səssizcə qırılır ?
Köşə yazıları 15:52Azərbaycanda elektron siqaretlər qadağan olunur
Siyasət 15:24“Qarabağ” azarkeşlərinə görə cərimələnib
İdman 15:20Azərbaycanda avtomobil istehsalının həcmi açıqlanıb
İqtisadiyyat 14:46Milli Məclisin növbəti iclasının vaxtı məlum olub
Siyasət 14:13Nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib - FOTOLAR
İqtisadiyyat 13:11Bu il mülkiyyət ilə bağlı 328 mindən çox çıxarış verilib
İqtisadiyyat 13:09Sabah Bakıda hava yağmursuz keçəcək
Sosial 12:36Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır
İqtisadiyyat 12:35Kiçik Kövsər, böyük uğur: BMT festivalında ikiqat qələbə
Mədəniyyət 11:52Naxçıvanda 5 avtomobil toqquşub
Hadisə 11:30Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9977
+0,16%
-
GBP
2,2726
+0,07%
-
RUB
2,1379
+0,66%

.jpg)
.jpg)
