Xəzər rayonunda partlayıcı həyacanı

Bakı şəhəri, Xəzər rayonu ərazisində şübhəli əşyanın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə məlumat daxil olub.

SİA-nın xəbərinə görə, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib. Dərhal müvafiq qurumların əməkdaşları hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərziyə baxış keçirilib və qutunu açıblar. Qutunun içərisindəki əşyanın təhlükə daşımadığı müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə