Əhalinin sosial müdafiəsi ilə bağlı bəzi qanunlara dəyişikliklər ediləcək

Azərbaycanda 60 min uşaq əlildir və onların 70 faizi 0-3 yaş arasında olanlardır. SİA-nın xəbərinə görə, bunu Milli Məclisdə BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan dövlətinə ünvanladığı yekun müşahidələrə həsr olunan dəyirmi masada Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O bildirib ki, həmin uşaqların sosial müdafiəsinin gücləndirilməsi, ərzaq və ya dərmanla təminatı istiqamətində dövlət tərəfindən müvafiq işlər görülür. H.Rəcəblinin sözlərinə görə, müəyyən xəstəliyi və əlilliyi olan uşaqların sosial müdafiəsini gücləndirmək üçün sağlamlığın qorunması haqqında qanun layihəsinə əlavə və dəyişikliklər ediləcək: "Bundan əlavə, bədən tərbiyəsi və idman haqqında qanun layihəsinin hazırlanması istiqamətində işlər görülür. Bu da uşaqların asudə vaxtının səmərəli təşkilinə öz müsbət töhfələrini verəcək. Hazırda qaçqın və məcburi köçkünlərin məsələsi gündəmə gəlmir. Azərbaycanda torpaqlarından qaçqın və məcburi köçkün düşmüş uşaqların bu gün artıq özlərinin 200 min övladı var. Onların da sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman aktual və gündəmdə olan məsələ olmaldır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...