Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı Qubada təlim keçirəcək

18-19 may tarixlərində Qubada Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) gənclərə 2 fərqli mövzularda təlimlər keçirəcək. AGAT-dan SİA-ya verilən məlumata görə, birinci mövzu gənc iştirakçılara layihə və ya ictimai fəaliyyət zamanı strateji planlaşdırma mövzusunda 1 günlük tam təlim keçiriləcək. Təlimin ikinci günü gender stereotiplərinin aradan qaldırılması və gender bərabərliyi mövzularında təlim baş tutacaqdır. Təlimin hədəf qrupu Quba və Xaçmaz gənclərindən ibarətdir. Əsas məqsəd vətəndaş cəmiyyətinin inkişafında hər hansı bir fəaliyyət zamanı strateji planlaşdırma işinin inkişafı, planlamanın əsas prinsipləri və gender bərabərliyi barədə dolğun məlumat çatdırıb gəncləri istiqamətləndirməkdir.

Məlumat üçün bildirək ki, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) aprel ayından başlayaraq Quba-Xaçmaz regionunda "Gənclərin Liderlik Proqramı" çərçivəsində təlimlərə start verib. Qeyd edək ki, təşkilatın prioritetlərindən irəli gələrək cari ilin oktyabr ayına kimi Milli Demokratiya İnstitutunun maliyyə dəstəyi Quba-Xaçmaz regionunda gənclər üçün liderlik proqramını həyata keçirəcək. Tədbirlərin təşkili işində Quba şəhər Gənclər və İdman İdarəsi dəstəyini göstərməkdədir.

Eyni zamanda layihə çərçivəsində gənclər üçün yay düşərgəsinin keçirilməsi də nəzərdə tutulur. İştirakçılar əsasən Quba, Xaçmaz və digər ətraf rayonlardan olması nəzərdə tutulub.


Bütün xəbərlər Facebook səhifəmizdə