Sumqayıt şəhərində qanunla qadağan edilmiş radikal dini təriqətlərdən birinin təbliğ olunması faktı aşkarlanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də İndira Əsədovanın qanunla qadağan edilmiş radikal dini təriqətlərdən birini təbliğ etməsi müəyyən edilib. Onun mənzilinə baxış zamanı 150 ədəd dini məzmunlu kitab və 10 ədəd disk aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB