Sumqayıtda radikal dini təriqətin təbliğ olunması faktı aşkarlanıb

28 Aprel 2012 13:22 (UTC+04:00)
Sumqayıt şəhərində qanunla qadağan edilmiş radikal dini təriqətlərdən birinin təbliğ olunması faktı aşkarlanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də İndira Əsədovanın qanunla qadağan edilmiş radikal dini təriqətlərdən birini təbliğ etməsi müəyyən edilib. Onun mənzilinə baxış zamanı 150 ədəd dini məzmunlu kitab və 10 ədəd disk aşkar edilərək götürülüb.