Beyləqanda bölgə şair və yazıçıların toplantısı keçirilib. SİA-nın Qarabağ bürosundan verilən xəbərə görə, rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə əsasən vətənpərvər ruhlu şer və mahnılar səsləndirilib. Məclisdə tanınmış qələm əhli ilə bərabər gənc yazarlar, o cümlədən Qarabağda tanınan el sənətkarları iştirak edib.
Bölgədə söz adamlarının bir araya gəldiyi tədbirdə 30-a yaxın yazıçı və şairlər iştirak edib. Rayon yazarları dövrünün tanınan şəxsiyyətlərindən olan Mücirəddin Beyləqanının abidələri önünə gül dəstələri qoyub. Daha sonra tədbir rayonun "Əyləncə mərkəzi" də davam etdirilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB