Beyləqanda bölgə yazıçılarının toplantısı keçirilib

27 Mart 2012 18:52 (UTC+04:00)

Beyləqanda bölgə şair və yazıçıların toplantısı keçirilib. SİA-nın Qarabağ bürosundan verilən xəbərə görə, rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə əsasən vətənpərvər ruhlu şer və mahnılar səsləndirilib. Məclisdə tanınmış qələm əhli ilə bərabər gənc yazarlar, o cümlədən Qarabağda tanınan el sənətkarları iştirak edib.

Bölgədə söz adamlarının bir araya gəldiyi tədbirdə 30-a yaxın yazıçı və şairlər iştirak edib. Rayon yazarları dövrünün tanınan şəxsiyyətlərindən olan Mücirəddin Beyləqanının abidələri önünə gül dəstələri qoyub. Daha sonra tədbir rayonun "Əyləncə mərkəzi" də davam etdirilib.


Şamxal Cəliloğlu