"Müasir dövrdə ətraf mühitin qorunması həm qlobal, həm də milli səviyyədə prioritet məsələlərdən biri kimi qəbul olunur.Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul edilən sənədlər, o cümlədən Paris Sazişi və müxtəlif beynəlxalq proqramlar bu istiqamətdə ciddi addımların atıldığını göstərirə. Bununla belə, bütün bu təşəbbüslərə baxmayaraq, ətraf mühitin qorunması hələ də bəşəriyyət üçün mürəkkəb və həlli çətin problem olaraq qalır".
Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, əsas manelərdən biri iqtisadi maraqlarla ekoloji tələblər arasındakı ziddiyyətdir: "Bir çox ölkələr üçün sənayeləşmə, enerji istehsalı və iqtisadi artım prioritet olaraq qalır. Bu isə ətraf mühitin qorunması ilə bağlı öhtəliklərin tam şəkildə yerinə yetirilməsini çətinləşdirir.Xüsusilə fosil yanacaqlardan asılılıq hələ də yüksəkdir və alternativ enerji mənbələrinə keçid kifayət qədər sürətli deyil.
Digər mühüm problem siyasi iradənin qeyri-bərabər olmasıdır. Bəzi dövlətlər ekoloji siyasəti prioritet hesab etsə də, digərlərində bu məsələ ikinci plana keçir. Nəticədə qlobal səviyyədə kordinasiya zəifləyir və qəbul olunan qərarların icrası ləngiyir.
Maarifləndirmə səviyyəsinin aşağı olması da ciddi maneələrdəndir. Cəmiyyətin müəyyən hissəsi ətraf mühit problemlərinin ciddiliyini tam dərk etmir və gündəlik davranışlarında ekoloji məsuliyyət nümayiş etdirmir. Bu isə tullantıların idarə olunması, su və enerji israfı kimi problemləri daha da dərinləşdirir.
Bundan əlavə, texnaloji və maliyyə resuslarının qeyri-bərabər paylanması da diqqət çəkir. İnkişaf etmiş ölkələr ekoloji texnalogiyalara daha asan çıxış əldə etdiyi halda, inkişaf etməkdə olan ölkələr bu sahədə çətinliklərlə üzləşir.
Mövcud problemlərin aradan qaldırılması üçün ilk növbədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir. Avropa İttifaqı kimi qurumların tədbiq etdiyi vahid ekoloji standartlar digər regionlar üçün də nümunə ola bilər.
İqtisadi mexanizimlərin tədbiqi xüsusi əhəmiyyət daşıyır. Karbon vergisi, “yaşıl “ subsidiyalar və ekoloji cərimələr kimi alətlər həm dövlətləri, həm də şirkətləri daha məsuliyyətli davranmağa təşviq edə bilr. Bu yanaşma iqtisadi maraqlarla ekoloji məqsədlər arasında balans yaratmağa kömək edir.
Maarifləndirmə və təhsil sahəsində islahatlar da vacibdir. Ekoloji biliklərin erkən yaşlardan tədrisi, ictimai kampaniyaların təşkili və media vasitəsilə məlumatlandırmanın artırılması insanların davranışına müsbət təsir göstərə bilər.
Texnalogiyanın rolu da danılmazdır. Bərpa olunan enerji mənbələrinin - günəş, küllək və su enerjisinin inkişafı ,tullantıların təkrar emalı texnalogiyalarının genişləndirilməsi və bu innovativ həllərin tədbiqi ekoloji problemlərin azaldılmasına real töhvə verə bilər.
Beləliklə, ətraf mühitin qorunması sahəsində əldə olunan irəliləyişlərə baxmayaraq, bu problem hələ də kompleks və çoxşaxəli olaraq qalır. İqtisadi, siyasi, sosial və texnaloji amillərin bir-biri ilə sıx bağlı olması bu sahədə vahid və sürətli həllərin tədbiqini çətinləşdirir. Lakin güclü siyasi iradə, effektiv iqtisadi alətlər, geniş maarifləndirmə və beynəlxalq əməkdaşlıq sayəsində mövcud problemlərin aradan qaldırılması mümkündür. Bu istiqamətdə atlan hər bir addım gələcək nəsillər üçün daha sağlam və dayanıqlı mühitin formalaşmasına xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB