...“Oreşnik” raketindən Ukraynaya zərbə endirmək Rusiya lideri Vladimir Putinin istədiyinin əksini ortaya çıxaracaq. SİA-nın məlumatına görə, RBC-Ukrayna xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü, konqresmen Cim Hayms bunu Kiyevdə keçirilən brifinqdə bildirib.
...Nüvə silahı daşıya bilən raketin istifadəsi özlüyündə bir eskalasiya formasıdır. Lakin bu, yalnız ukraynalıları qorxutmayacaq, həm də bu raketin qalıqları artıq onların və bizim əlimizdədir, - deyə o bildirib.
Konqresmen əlavə edib ki, bundan həm ukraynalılar, həm də Qərb Rusiya raketinin imkanlarını anlamaq üçün istifadə edəcək.
...Buna görə də inanıram ki, Vladimir Putinin atdığı bir çox digər addımlar kimi, bu da onun nail olmağa çalışdığı şeyin əksini ortaya çıxaracaq.
Bunu da Hayms vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB