BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumu 2026 çərçivəsində Azərbaycan ABŞ-də ilk dəfə olaraq BMT Gənclər Nümayəndələri proqramı səviyyəsində rəsmi şəkildə təmsil olunub.
SİA xəbər verir ki, forum çərçivəsində gənc nümayəndələrin BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti Lok Bahadur Tapa və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə rəhbəri Byorq Sandkyer ilə rəsmi tanışlıq görüşü keçirilib.
BMT Gənclər Nümayəndələri proqramı üzrə Azərbaycanı ilk dəfə ADA Universitetinin tələbələri Ayxan Məmmədov və Nilgün Məmmədova təmsil ediblər. Onlar həmçinin 2025-ci ildə Ağdamda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumunda da gənc nümayəndələr kimi seçiliblər.
Gənc nümayəndələr bir il müddətində nüfuzlu beynəlxalq tədbirlərdə, o cümlədən BMT Baş Qərargahında keçirilən iclaslarda iştirak edəcək, çıxışlar edəcək və müxtəlif komitələrin fəaliyyətinə fəal şəkildə cəlb olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB