Ötən gün polis əməkdaşları tərəfindən 24 kq-dan artıq narkotik dövriyyədən çıxarılıb.SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 3-də ümumi çəkisi 24,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə