Ötən gün 24 kq-dan artıq narkotik dövriyyədən çıxarılıb

4 Oktyabr 2025 09:32 (UTC+04:00)

Ötən gün polis əməkdaşları tərəfindən 24 kq-dan artıq narkotik dövriyyədən çıxarılıb.SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 3-də ümumi çəkisi 24,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.