Türk dünyası hədəflərinə birlikdə nail olmalıdır - TDT Baş katibi

Türk dünyası hədəflərinə birlikdə nail olmalıdır. SİA xəbər verir ki, bunu bu gün Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası və Gənc Ailə Forumunun bağlanış mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib.

Onun sözlərinə görə, biz bu gün əldə olunan inkişaf mərhələsini nəzərə alaraq işimizi çiyin-çiyinə davam etdirməliyik: "Türk dünyası hədəflərinə birlikdə nail olmalıdır. Qazaxıstan Respublikasında keçiriləcək növbəti iclasda bugünkü aparılan müzakirələr nəzərə alınacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə