Sabah hava necə olacaq? - QURUM RƏSMİSİ AÇIQLADI

"İyunun 13 və 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək". Bu barədə SİA-ya Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib.

Onun sözlərinə görə, havanın maksimal temperaturu 26-30 dərəcə isti təşkil edəcək: "Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli, leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 31-37, dağlıq ərazilərdə isə 15-20 dərəcə isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə