"Övlada ad qoyarkən nənə və baba bu məsələyə qarışmalıdır"? - PSİXOLOQ AÇIQLADI

"Ailəyə aid qərarları, seçimləri, 3-cü şəxslər tərəfindən yəni nənələr, babalar tərəfindən müdaxiləsi böyük əksəriyyət hallarda münaqişələrə gətirib çıxartdı. Bu münaqişədə çox zaman cütlüklərin bir-biri ilə münasibətlərində problemlər olur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, Bu məsələdə dünyaya gələn körpənin atasının anası ad qoymaq məsələsinə qarışırsa, həyat yoldaşının bu məsələyə xoşu gəlmirsə o zaman həmin bəy arada qalmış olur və hər ikisi ilə problem yaşamağa başlayır. Əlbəttə ki, gənc ailələr, ümumiyyətlə ailələr bizim mentalitetimizə xas olaraq böyükləri dinləməlidirlər, onlara hörmətlə yanaşmalıdırlar, onların tövsiyyələrini almalıdırlar. Amma öz övladlarına ad verəndə daha çox öz istəklərinə, öz arzularına, öz xəyyalarına köklənməlidirlər. Bunu elə şəkildə etmək lazımdır ki, heç kəsin xətrinə dəyməsin. Çünki dediyim kimi, biz elə bir cəmiyyətdə, elə bir dövlətdə yaşayırıq ki, bizim üçün böyüklər, valideynlər həmişə çox sayğı ilə, çox hörmətlə, önəmlə seçilib. Ona görə biz onlara qarşı hüquqularnan danışsaq, psixologiya ilə danışsaq buda bir münaqişəyə səbəb ola bilər. Burada çox vacibdir ki, onlarla dil tapa bilmək, həssas yanaşmaq, amma öz şəxsi sərhədlərini və haqqlarını qoruyaraq böyüklərə qarşı hörmətlə yanaşmaq lazımdır. Lakin övlada ad qoymaq valideynlərin haqqıdır, yəni ana ilə atanın haqqıdır. Amma ki, biz bunu Avropadan bizə gələn və bəzi psixoloqların ötürdüyü kimi sərt və kobud şəkildə deyil, çünki bizim onların öncə yaşlarına hörmətimiz var, sonra bizim üzərimizdə olan haqqlarına və ən əsasıda biz onlarla dil tapmasaq digər insanlarla dil tapa bilməyəcəyik".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə