Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

Naxçıvan Muxtar Respublikası ərazisində müşahidə olunan yağıntılı hava şəraiti nəticəsində sel sularının avtomobil yollarını yuması, lil və qaya parçalarının hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi yerləri yararsız hala düşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə