Sosial şəbəkələrdən istifadə edən insanlarda niyə tənhalıq hissi yaranır? - PSİXOLOQ İZAH ETDİ

"Münasibət, ünsiyyət qura bilməyən insanlar daha çox sosial şəbəkələrdə tanışlıqlara üstünlük verirlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

O bildirib ki, çünki orada öz real mənlərini gizlədə bilirlər və daha çox ideal mənlə danışırlar: "Onlar olmaq istədikləri insan xarakteri kimi özlərini göstərirlər. Amma real həyata gələndə hansı insanlar ki həyatda çətin ünsiyyətə girir, onlar real həyatda çox çətinlik çəkirlər, hətta sosialı reala keçirsələr belə.

Həyatda niyə xəyal qırıqlıqları olur? Çünki bəzən sosialda olduqları kimi görsənmirlər, yazıda bəzi şeyləri gizlədə bilirlər, bəzi şeylərdən qaça bilirlər, sosial şəbəkədəki tanışlıqlarda məsuliyyət o qədər də çox olmur. Amma real həyatda daha çox insan üzbəüz gəlir, daha çox reaksiyalar, daha çox ünsiyyətini göstərə bilir, daha çox yəni, göz ünsiyyəti olduğuna görə orada artıq öz səhvlərini, öz problemlərini bədən dili ilə gizlədə bilmir. Sosial şəbəkədən istifadə edən insanların real həyatda tənhalıqları çox olduğuna görə, yəni normalda asosial olduqlarına görə və münasibətlərdə, ünsiyyətdə çətinlik çəkdiklərinə görə onlara sosialda da bəzən tənhalıq hissi gəlir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə