“2500 şəxsin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub” - SƏDR

“İşğaldan azad edilmiş ərazilərdə artıq işə başlamışıq. Zəngilanın Ağalı kəndi, Füzuli və Laçında əmək yarmarkaları keçirilib. Ora köçən əhali çərçivəsində məşğulluğun təmin olunmasında əməli addımlar atılır”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Sədr bildirib ki, digər dövlət orqanları ilə birlikdə fəaliyyət qurulur və ora köçən əhalinin məşğulluğunun təmin olunmasında aktiv işlər görülür: “Ümumilikdə Qarabağ zonasında 2026-cı ilə qədər 2500 şəxsin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulub. Hazırda 50-dən artıq şəxs fərqli regionlarda proqrama cəlb olunub, proses köçmə ilə bərabər davam edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə