Dəm qazından bu üsulla qorunmağın yolları AÇIQLANDI - AYDINLIQ GƏTİRİLDİ

"Dəm qazı dadsız, rəngsiz və iysiz olduğundan onu hiss etmək olmur. Ancaq dəm qazından zəhərlənmənin əlamətləri vardır. Dəm qazından zəhərlənmənin əlamətləri ürəkbulanma, qusma, baş ağrısı, baş gicəllənməsi daha ağır formada olduqda qıcolma və hətta adam komaya düşə bilər". Bu sözləri SİA-ya təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənən adama ilk tibbi yardım onu çölə təmiz havaya çıxarmaq, əynində sıxıcı paltar varsa, yavasını açmaq, alnına soyuq kompres qoymaq, arxası üstə uzatmaq, qollarını ovuşdurmaq əgər vəziyyəti ağırdırsa, şüuru özündə deyilsə, süni nəfəs vermək və naşatır spirti qoxlatmaq lazımdır: "İlk tibbi yardım göstərməklə bərabər təcili tibbi yardımı çağırmaq lazımdır. Dəm qazı yanma prosesi düzgün getmədikdə yaranır. Odunun yanmasından da dəm qazı yarana bilər.

Ekspert qeyd edib ki, yanma düzgün getdikdə ayrılan dəm qazı karbon qazına çevrilərək boru vasitəsilə xaric olur: "Yanmanın düzgün getməməsinə səbəb kustar üsulla düzəldilmiş qaz sobaları, onların borularında yaranan ara məsəfəsi, qırıq və çatlardır. Bunun üçün qaz sobalarını alarkən sertifikatlaşdırılmış sobaları almaq lazımdır. Evdə olan sobaların təmirə ehtiyac olub-olmadığını yoxlamaq, ildə azı iki dəfə boruları təmizləmək, ümumiyyətlə, evin havasını gündə üç dəfə dəyişmək, hamam otaqlarında nəfəsliyin olmasına diqqət etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə