“Enurez (altını islatma) bəzi uşaqlarda gecə, bəzilərində isə gündüzlər də rast gəlinən problemdir. Alt islatma uşağın ehtiyacını ödəmə vərdişi dövründə tez-tez rast gəlinirsə normal haldır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.
Onun sözlərinə görə, enurezə fərqli yaş dövrlərində rast gəlinə bilər: “Enurez olan uşaqlar doğuşdan sonra sidiyə getmələrinə nəzarət edə bilmirlər. Lakin, uşaq 5 yaşını keçibsə və 3 aydan çox həftədə 2 dəfə altını isladırsa mütəxəssisə müraciət etməyiniz məsləhətdir.
Enurezin psixoloji səbəbləri:
- Uşağın valideynlərinin birini və ya hər ikisini itirməsi,
- Valideynlərin boşanması,
- Ailədə zorakılıq,
- Yeni bacı və qardaşın doğulması,
- Basqı ilə tualet vərdişinə alışdırılan uşaqlar,
- Ziyadə qoruma altında böyüyən uşaqlar,
- Ailədə yetərincə sevgi və qayğı görməyən uşaqlar.
Enurezin müalicəsində medikomentoz müdaxilə və psixoterapiya mühüm yer tutur. Valideyn mütəxəssis tərəfindən enurez haqqında düzgün məlumatlandırılmalıdır. Bu, müalicənin effektivliyini artırır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB