Gəncə şəhərində yerləşən Heydər Əliyev Park-Kompleksindəki süni göl daşıb. Park ərazisinə ziyan dəyməsə də yaxınlıqdakı mənzil, həyətyanı sahələr və küçələrə su dolub.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri bölgə müxbirinə açıqlamasında Park-Kompleksinin müdiri İlyas Məmmədov deyib.
O bildirib ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin və digər qurumların əməkdaşları cəlb olunub.
İlkin məlumata görə hadisə nəticəsində xəsarət alan yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə