Yağış nəticəsində göl daşıb, həyətyanı sahələrə ziyan dəyib

26 May 2023 00:37 (UTC+04:00)

Gəncə şəhərində yerləşən Heydər Əliyev Park-Kompleksindəki süni göl daşıb. Park ərazisinə ziyan dəyməsə də yaxınlıqdakı mənzil, həyətyanı sahələr və küçələrə su dolub.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri bölgə müxbirinə açıqlamasında Park-Kompleksinin müdiri İlyas Məmmədov deyib.

O bildirib ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin və digər qurumların əməkdaşları cəlb olunub.

İlkin məlumata görə hadisə nəticəsində xəsarət alan yoxdur.