2023 - Heydər Əliyev irsinin öyrənilməsi ili

“Şuşa ili”ndən “Heydər Əliyev ili”nə keçid - “Heydər Əliyev ili” ilə bağlı dövlət başçısının müvafiq sərəncamı özündə Azərbaycan xalqının bu günü və gələcəyi üçün xüsusi əhəmiyyət daşıyan məsələlərin həllini ehtiva edir. Bilirik ki, Şuşanın azad olunması Ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri idi. Üç il əvvəl Azərbaycan xalqı bir millət, bir ölkə olaraq özünü Heydər Əliyevin 100 illiyini alın açıqlığı ilə qarşılamağa səfərbər etdi. Ölkə başçısı cənab İlham Əliyev də ilk növbədə Ali Baş Komandan, daha sonra oğul olaraq ata qarşısında öz missiyasını layiqincə yerinə yetirdi. Ümummilli liderin 100 illiyinə bundan böyük töhfə ola bilməzdi. Heydər Əliyev sovet dövründə Şuşanın qorunmasında, ona mədəniyyət məkanı kimi ali status qazandırılmasında müstəsna xidmətləri olan şəxsiyyətdir. 1982-ci ildə Şuşada Vaqif məqbərəsini tikdirməsi, daha sonra ardıcıl şəkildə Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı təşəbbüsü, Azərbaycanın bütün mədəniyyət sferalarının diqqətinin bu hadisəyə cəmləyə bilməsi sovet dövrünün özündə çox epoxal hadisə idi. Artıq üç ilə yaxındır ki, biz Şuşa ilə bağlı müxtəlif mədəni tədbirlər, səfərlər gerçəkləşdiririk. Ötən il prezidentin sərəncamı ilə “Şuşa ili” elan olunmuşdur. Bu sərəncamdan irəli gələn mühüm mədəni tədbirlərin şahidi, iştirakçısı olduq. Ardınca isə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi. Bunlardan sonra yeni sərəncamın “Heydər Əliyev ili” olması eyni milli-mənəvi hərəkat daxilində davam tapan prosesdir. Diqqət etsək görərik ki, prezidentin imzaladığı son sərəncamlar öz ətrafında ümummilli məfkurə ruhunu, azərbaycançılıq ideologiyasının prinsiplərini birləşdirir. Bu sərəncam da ümumxalq səviyyəsində diqqətləri Heydər Əliyev şəxsiyyəti, onun siyasi fəaliyyətinin bütün tərəflərinə, zəngin idarəedicilik irsinə cəmləyərək daha fundamental işlər görməyə, daha konseptual məsələləri həyata keçirməyə bir növ vasitə olacaq. Və biz bununla əslində, yenə də azərbaycançılıq amalının, vətən, millət sevgisinin bir liderin tərcümeyi-halında necə bütöv şəkildə ehtiva olunduğunun bütün çalarlarını görmüş olacağıq.

2023 - Heydər Əliyev irsinin öyrənilməsi ili

“Heydər Əliyev ili” hər bir instansiyanın qarşısında ilk növbədə müəyyən missiya qoyur, daha sonra hədəfləri müəyyənləşdirir. Bu il bütün fəaliyyət sahələri üçün həm də mənəvi-siyasi hesabat mərhələsidir. Yəni, ümumilikdə XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyevin irsi bu vaxta qədər də layiqincə öyrənilən predmet olub. Bunu meydanda olan çoxsaylı nümunələr sübut edir. Amma bu sərəncam Ulu Öndərin irsinin öyrənilməsində daha geniş hüdudlara varmaq üçün geniş imkanlar qazandırır. Əvvəla, Ümummilli liderin kolossal zəhmət qoyduğu işlər dövlətçiliyin simasını müəyyən edən tarixi xidmət olaraq araşdırılmalıdır. Bu sərəncamın reallaşması prosesində Heydər Əliyev şəxsiyyətinin xarici ölkələrin maraqları kontekstində olduğunu da unutmamalıyıq. Nəzərə alsaq ki, Ümummilli lider bütün dünyada birmənalı qəbul edilmiş qüdrətli şəxsiyyətdir, o zaman məsuliyyət daha da artır. Heydər Əliyev obrazını dünya xalqlarının nəzər nöqtəsindən dəyərləndirmək maraqlı nəticələr verə bilər. M.Baxtinin dəqiq deyilmiş bir fikri var: "Özgə mədəniyyət yalnız başqa mədəniyyətin gözü ilə özünü dərindən göstərir". Bu həm də həmin mədəniyyəti yaratmış şəxslərə də aidlənəcək fikirdir. Heydər Əliyevin siyasi fəaliyyətini tanış sistemlərlə bərabər, qeyri-tanış sistemlərlə görüşdürmək onun nəhəngliyini meydana qoymaq baxımından əlverişli olardı.

Heydər Əliyev və Azərbaycançılıq ideologiyası

Azərbaycançılıq məfkurəsi Ulu Öndər Heydər Əliyevin taleyüklü məsələ kimi yanaşdığı mühüm ideoloji istiqamət olmuşdur. O, milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla, əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Xalqımızın milli həmrəyliyini və birliyini təmin etmək, milli-mədəni irsi və mənəvi-əxlaqi dəyərləri qoruyaraq zənginləşdirmək, ölkəmizdə yaşayan müxtəlif millətlərin və dinlərin nümayəndələrini öz ətrafında birləşdirmək, xarici ölkələrdə yaşayan azərbaycanlıların həmrəyliyinə və təşkilatlanmasına çalışmaq, ümummilli ideologiya kimi siyasi münasibətlərin fövqündə dayanmaq və s. kimi çöxyönlü fəaliyyəti ilə o, azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə qaldırmış, onun əsasında vətəndaş həmrəyliyi və ümumxalq birliyi yaratmağa nail olmuşdur.

Ümummilli lider hələ hakimiyyətinin birinci mərhələsində milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. 1990-cı illərdən sonra isə artıq praktik şəkildə bu ideologiyasının icrasına başlanıldı. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu. Bu böyük şəxsiyyətin vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri belə müəyyən etmişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan". Dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, onları müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, bununla əlaqələri möhkəmləndirmək Heydər Əliyevin diaspora ilə sistemli çalışmalarının nəticəsindən doğan müsbət hallar idi. Onun təşəbbüsü ilə 2001-ci ilin 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Milli həmrəyliyimizin nümayişinin ən yaddaqalan tədbirlərindən olan bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır.

Ümumilikdə bu qurultay dövlətimizə nə verdi? Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr olmuşdur. Həmin qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə" fərman imzalamışdır. Dünya azərbaycanlılarının konsolidasiyasında, diaspordan lobbiyə doğru inkişafında yeni bir mərhələnin başlanğıcını qoyan bu komitə qısa müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq olmuşdur.

Milli mədəniyyət və ədəbiyyatımızın inkişafında Heydər Əliyev mərhələsi

Heydər Əliyevin mədəniyyət, ədəbiyyatla bağlı gördüyü işlərin miqyası heç bir ölçüyə sığmır. Bu barədə nə qədər danışsaq azdır. Ulu Öndərin ədə­biy­yat, sə­nət­lə bağ­lı elə­di­yi çı­xış­lar mü­kəm­məl­li­yi ilə se­çi­lir, şe­ir­dən da­nı­şan­da poe­zi­ya­nın, nəsr­dən da­nı­şan­da pro­za­nın də­rin bi­li­si­ci tə­əs­sü­ra­tı do­ğu­rurdu­. Bu da onun ədəbiyyata sevgisindən, mütaliəsiz bir gün də keçirmədiyindən qaynaqlanan amildir.

Milli düşüncənin intibahı, milli ruhu diri saxlamaq meyli onun tərcümeyi-halının ən işıqlı tərəfini təşkil edir. Bu kontekstdə onun obrazını necə xarakterizə etmək olar? Həm azərbaycançılıq ruhunu bütün siyasi-mənəvi aşamalardan bütöv və zədəsiz çıxaran böyük azərbaycanlı, həm də bütün dünya mədəniyyət və dəyərlərinə tolerant və multikultural aspektdən yanaşmağı bacaran dünya insanı! Heydər Əliyev üçün hər zaman əsas amal milli birlik, milli vəhdət olmuşdur. Onun azərbaycançılıq təliminin ana yapısında dayanan başlıca məqam elə bundan qaynaqlanırdı. İqtisаdi cоğrаfiyаnı böyük quruculuq işləriylə, mənəvi cоğrаfiyаnı isə milli-mənəvi dəyərlərin Аzərbаycаnа qаytаrılmаsıylа gerçəkləşdirən Heydər Əliyevin atdığı bütün addımlar milli məfkurənin gəlişməsinə imkan yaratmaq məqsədi güdürdü. Heydər Əliyev bu məqsədə doğru sovet hakimiyyətinin ən kəskin dövrlərində yüksək tribunada təmsil olunarkən irəliləmiş, yüksək kürsülərdən Azərbaycanın sözünü deməyə cəsarət və hünər göstərmişdir.

Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­nın for­ma­laş­ma­sı pro­se­sin­də Ulu öndər Hey­dər Əli­ye­vin is­ti­nad et­di­yi ün­van da­im klas­sik irs və mil­li-mə­nə­vi də­yər­lər ol­muş­dur. Məsələn, Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayırdı və qeyd edirdi ki, əgər in­di biz “Ki­ta­bı-Də­də Qor­qud” das­ta­nı­nın 1300 il­li­yi­ni qeyd edi­rik­sə və bu­nu bü­tün dün­ya­ya bə­yan edi­rik­sə, de­mək, bi­zim bə­dii sö­zü­mü­zün 1300 il­lik ta­ri­xi göz qa­ba­ğın­da­dır. Yaxud Nizami Gəncəvinin 840 illiyinin keçirilməsinin zəminində öz dəyərlərini tanımaq, onu layiqincə dünyada təbliğ etmək meyli olmasaydı deyərdimi ki, biz Ni­za­mi ilə bə­şə­riy­yə­ti qo­vuş­dur­ma­ğa tə­lə­si­rik?!

Eləcə də böyük şair Füzulinin yu­bi­le­yinin həm Azər­bay­can­da, həm bü­tün türk-is­lam alə­min­də, həm də Ru­si­ya və Av­ro­pa­da bö­yük tən­tə­nə ilə ke­çi­rilməsinə rəvac verirdisə, bunu ilk növbədə, XX əsr­də par­ça­lan­mış türk dün­ya­sı­nı birləşdirmək, yaxınlaşdırmaq üçün edirdi. 1982-ci ildə Cavidin nəşini Sibirdən Azərbaycana qaytarmaqla türklük ruhunu, turan əxlaqını millətin özünə qaytarırdı. Eyni ildə Şuşada Vaqif məqbərəsini ucaltmaq onun üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, Vaqif poeziya günləri Azərbaycan dilinin əbədi təntənəsinin rəmzi idi. Ya­xud Mə­həm­məd­hü­seyn Şəh­ri­ya­rın ana­dan ol­ma­sı­nın 90 il­lik yu­bi­le­yi­nin ke­çi­ril­mə­si ilə bağlı 1997-ci ildə imzaladığı ta­rix­i sə­rən­ca­mla hə­mi­şə ama­lı­na çe­vir­di­yi bü­töv Azər­bay­can idea­lı­nın ger­çək­ləş­mə­si­nə doğ­ru növ­bə­ti əhə­miy­yət­li ad­dım­lar­dan bi­ri­ni hə­ya­ta ke­çi­rir­di. Hər bir addımında ölçülü-biçili, gələcəyə hədəflənmiş siyasət! Düşünülmüş idimi? Birmənalı şəkildə! Heydər Əliyev xalqın milli qürurunu ölməyə, yadlaşmağa, yaddaşsızlaşmağa qoymurdu. Əks təqdirdə, bu xalqın 1990-cı illərdə milli müstəqilliyini yenidən qazanması mümkünsüz olardı.

Ulu Öndərin 1993-cü ildən sonrakı qayıdış mərhələsi də asan dövrə sirayət etmədi. Amma hər cür hərc-mərclik, mənəvi-milli deqradasiya, siyasi-hərbi kataklizm, sosial böhran şəraitində belə onun fəaliyyətində müasir və klas­sik sə­nət­kar­la­rı­mı­zın ta­le­yi­nə həssas münasibət davamını tapdı. Həmin çətin dövrdə Hey­dər Əli­yevin mətbuata verdiyi bütün müsahibələrdə mənəvi məsələ, milli düşüncəyə xidmət yenə də ilk unudulmaz sıralarda qərar tutur. Böyük siyasətçi dəfələrlə vurğulayırdı ki, “res­pub­li­ka­mı­zın bu ağır döv­rün­də bö­yük yu­bi­ley­lər ke­çi­ril­mə­si, şüb­hə­siz ki, mü­əy­yən qə­dər çə­tin­lik­lər­lə üz­lə­şə­cək. An­caq bun­la­ra bax­ma­ya­raq, hə­ya­tı­mı­zın mə­nə­vi sa­hə­si heç vaxt unu­dul­ma­ma­lı­dır. Çə­tin­lik­lər nə qə­dər çox ol­sa da mə­də­niy­yə­tə, mə­də­ni ir­si­mi­zə, mə­nə­viy­ya­ta da­im xü­su­si diq­qət ye­tir­mə­li və bu sa­hə­lə­rin ge­ri qal­ma­sı­na yol ver­mə­mə­li­yik”.

Heydər Əliyev və multikultural dəyərlər

Hey­dər Əli­ye­vin döv­lə­tçilik si­ya­sə­tin­də mul­ti­kul­tu­ra­liz­m prio­ri­tet yerlərdən birini tuturdu. Onun bu barədə çox yayılmış bir fikri var. Qeyd edir ki, “Azərbaycanın vətəndaşları dini, irqi, siyasi, dil mənsubiyyətindən asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və onların hüquqları Azərbaycan tərəfindən qorunur və mühafizə olunur. Siz əmin ola bilərsiniz ki, biz bu məqsədlərimizə, bu prinsiplərimizə daim sadiq olacağıq və gələcəkdə də Azərbaycan vətəndaşlarının dini mənsubiyyəti, yaxud dil mənsubiyyəti, siyasi mənsubiyyətindən asılı olmayaraq, bir-birilə münaqişəyə girməsinə yol verməyəcəyik”.

Heydər Əliyev cə­miy­yət­də ya­şa­yan hər xal­qın et­nik-mə­də­ni də­yər­lə­rinə böyük önəm verirdi, bildirirdi ki, döv­lət, öl­kə nə qə­dər çox xal­qı bir­ləş­dir­sə, bir o qə­dər zən­gin olur, çün­ki on­la­rın hər bi­ri ümum­dün­ya mə­də­niy­yə­ti­nə və si­vi­li­za­si­ya­sı­na öz töh­fə­si­ni ve­rir. Akademik Ka­mal Ab­dul­la “Müs­tə­qil­lik il­lə­rin­də mul­ti­kul­tu­ra­lizm və to­le­rant­lıq” kitabında bir məqamı doğru qeyd edir ki, Ümum­mil­li li­der Hey­dər Əli­yev öz uzaq­gö­rən, müd­rik si­ya­sə­ti ilə əsr­lər bo­yu for­ma­laş­mış Azər­bay­ca­nın çox­mə­də­niy­yət­li­lik, yəni mul­ti­kul­tu­ral ənə­nə­si­ni bər­pa edə­rək onu key­fiy­yət­cə ye­ni mər­hə­lə­yə qal­dır­dı”.

Əslində bu gün ölkə başçısı, cənab İlham Əliyevin bütün dünyada nümunə sayıla biləcək multikulturalizm siyasətinin kökündə Heydər Əliyevin mü­əy­yən­ləş­dir­di­yi mə­də­niy­yət si­ya­sə­ti dayanır. Bugünkü mənzərə həmin ali məqamı, Azər­bay­can mul­ti­kul­tu­ra­liz­mi­nin Heydər Əliyev tərəfindən işlənmiş ideya əsaslarını yüksək səviyyədə idrak etməyə imkan verir. Diqqət edək. “İslam Həmrəyliyi ili”, “Multikulturalizm ili” və bunların ardınca gələn müxtəlif tədbirlər, ideoloji müşavirələr, multikultural ideyaların intişar arenasına çevrilən Azərbaycanın sivil, modern dünyada yeri, nüfuzu, ünsiyyət məkanı kimi hər cür müzakirlərə açıq və hazır olması Heydər Əliyevin ideal və məramının yaşarılığının sübutudur. Vacib bir məqamı da qeyd edim ki, Heydər Əliyevin təşəbbüsü ilə multikulturazlimlə bağlı məsələlər hüquqi sənədlərdə, o cümlədən, Konstitusiyada əks olunmuşdur. Eləcə də multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Konstitusiyanın bir sıra maddələrində təsbit edilib. Bu gün ölkə başçısı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin də siyasətində milli məfkurəyə istinad xətti konsepsiya, təlim səviyyəsində gerçəkləşir. Onun ard-arda imzaladığı - “Multikulturalizm ili”, “İslam həmrəyliyi ili”, “Azərbaycan Xalq Cümhuriyyəti ili”, “İmadəddin Nəsimi ili”, “Nizami Gəncəvi ili”, “Şuşa ili” və nəhayət, bu il böyük coşğu ilə qeyd edəcəyimiz “Heydər Əliyev ili” kimi sərəncamlar mədəniyyətin inkişafına, tarixi yaddaşın bərpasına, eləcə də layiqli şəxsiyyətlərin misilsiz xidmətlərinə dəyər qazandırmaq, onları yeni düşüncə kontekstindən incələməyə imkan yaratmaq, ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək baxımından müstəsna addımdır.

Heydər Əliyev irsinin milli-mədəni kontekstdə təşviqi

Heydər Əliyev minillik dövlətçilik tаriхimizdə milli məfkurəyə istinаd edən ilk və yeni Аzərbаycаn dövlətinin qurucusudur. Ona qədər Аzərbаycаn idarəedicilik tаriхində belə bir siyаsi kоntekstin оlmаdığı hər kəsə bəllidir. Heydər Əliyev son yüz ilin Azərbaycan tarixinə yada, rəqibə bir metr də olsun torpaq verilməsinə imza atmamış yeganə öndər və lider kimi daxil olub. Bu, onun öndərlik tərcümeyi-halında bəlkə də, ən ali şərəfli məqamdır. Heydər Əliyev torpağı qorumağı ona görə bacarırdı ki, dəyərlərinin gücünü bilirdi, ona torpaq qədər sahib çıxmağı bacarırdı. Bilirdi ki, ən böyük güc xalqı bir yerə cəm edəcək milli ideologiyanın varlığından keçir. Heydər Əliyev ədəbiyyatını, tarixini dərindən bilən şəxs olaraq, zaman-zaman törədilən faciələrin nədən zəmin aldığını çox gözəl bilirdi və gələcək tarixi belə siyasi-hərbi aşınmalardan qorumağa çalışırdı. Məhz bu, gücün sayəsində biz 2020-ci ildə 44 günlük müharibədə zəfər çala bildik. Bu, həm də Heydər Əliyev ideallarının qələbəsi idi ki, öz layiqli varisinin əməllərində gerçəklik qazandı. Onun dil və din, mental və yaddaş, mənəvi-əxlaqi dəyərlər kontekstində ehtiva olunan sahiblik şüuru, bir yumruqda cəm olaraq milli birliyi qorumağı strateji xəttin əsas konsepsiyasına çevirmək əzmi İkinci Qarabağ savaşında qazandığımız Zəfərin cövhəri oldu. O zəfər ki, Heydər Əliyevin səsləndirdiyi əsas məramın hədəfi idi. Bax, bu ali məqam, zəfərə gətirən strateji xəttin bütün nüansları, yəni Heydər Əliyev ideyalarının layiq olduğu şəkildə araşdırılıb meydana qoyulması əsas mətləb, ana qayə olmalıdır. Çünki bir dahi, bir siyasi xadimi yaşadan amil onun ideyalarıdır.

Ötən il noyabrın 28-də ölkə başçısı İlham Əliyevin sərəncamından irəli gələn tədbirlər planı təqdim olundu. O tədbirlər planı “Heydər Əliyev ili”ndə görülməsi lazım olan işləri bütün dərinliyi və müxtəlifliyi ilə əks etdirir. Ümumiyyətlə, bütün hallarda görülən işlər Heydər Əliyevin adına layiq olmalıdır. Amma bir mühüm məqamı nəzərdən qaçırmaq olmaz. Heydər Əliyevlə bağlı iş görməyə çalışan şəxs gərək onun zəngin dühasına və dünyasına kongenial olsun. Cəlil Məmmədquluzadənin həmkarı Mirzə Fətəli Axundzadənin bədii yaradıcılığının tədqiqi ilə bağlı söylədiyi məşhur bir fikir var. Deyirdi ki, Axunzadədən ya yaxşı yazmaq lazımdır, ya da heç nə yazmamaq lazımdır. Bu yanaşma ümumiyyətlə, bizim milli sərvətimiz olan hər şəxsiyyətə münasibətdə meyar olmalıdır. Heydər Əliyev də xalqın milli sərvətidir. Onun yüz illiyi ilə bağlı imza atılan bütün işlər də Ümumillli liderin adına, onun öndərlik tərcümeyi-halına layiq şəkildə gerçəkləşməlidir.

ELNARƏ AKİMOVA

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə