"Twitter" dayandırılmış hesabları açmağa başlayır

“Twitter”in yeni sahibi İlon Mask daha əvvəl dayandırılmış bəzi hesablardan istifadə etməyə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Twitter" 10 mindən çox izləyicisi ilə daha əvvəl bağlanmış təxminən 62 min hesabı yenidən açmaq prosesinə başlayıb. Açılacaq təxminən 62 min hesab arasında Ağ Evin keçmiş müşaviri Stiv Bannon və “ağ üstünlüyünü müdafiə edən” Ku Klux Klan qrupunun keçmiş lideri Devid Dyuk kimi adlara aid hesabların olduğu qeyd edilir. Mask noyabrın 23-də bağlanan "Twitter" hesablarının bu həftədən etibarən açılacağını açıqlayıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə