"Qalatasaray" dünən Çempionlar Liqası 2 təsnifat mərhələsinin ilk oyununda Hollandiyanın "PSV" komandasının qonağı olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə vaxtı ilə dünən saat 22.00-da başlayan qarşılaşma Acun Ilıcalıya məxsus TV8 ekranlarında heç bir şifrə olmadan yayımlansa da, yayım zamanı baş verən axsaqlıqlar xüsusilə sosial mediada böyük əks-səda doğurub. Matçın davamlı getməməsinin səbəbi olaraq, sosial şəbəkələrdə meydanın kənarındakı lövhələrdə qanunsuz mərc elanının olduğu iddia edilib. Bu elanlar götürüldükdən sonra yayım geri gəlib.

Bundan sonra RTÜK üzvü İlhan Taşçı "tvitter" hesbında bunları yazıb: “"#PSVvGS matçı əsnasında pilot kameradan qanunsuz mərc saytları elan edən TV8-in bu münasibəti gözardı edilə bilməz. RTÜK-ün məsələ ilə bağlı bazar ertəsi günü lazımi tədbirlər görəcək”.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...