Türkiyəli müğənni Rafet El Romanın atası İsmail Yaşadutu həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, müğənni 90 yaşlı atasının ölümündən sonra ağır günlər yaşayıb.

Rafet El Romanın atası İsmail Yaşadutun ciddi bir xəstəliyi olmadığı və cümə günü səhər Almaniyanın Grosszimmerndeki evində yuxuda olarkən vəfat etdiyi öyrənilib. Frankfurtda cənazə namazı qılındıqdan sonra təyyarə ilə Türkiyəyə gətiriləcək İsmail Yaşadut, Trakya Çerkezköydə dəfn ediləcək.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...