Xəyyam Nisanov Azərbaycandakı yəhudilərdən danışdı

Xəyyam Nisanov sosial şəbəkədəki müsahibəsində Azərbaycandakı yəhudilərdən danışıb. "Mən, yəhudi millətinin övladı olaraq müsəlman ölkəsi olan Azərbaycanda, çoxmillətli Bakı şəhərində doğulmuşam, böyümüşəm. Biz hamımız tək və yeganə Allahın bəndələri olaraq bütün dinlərin nümayəndələrinə hörmət və anlayış göstərək yaşamışıq”. SİA-nın verdiyi məlumata görə, sənətçi İsraillə-Fələstin arasında yaşanan müharibədən bəhs edib.

"Minilliklər boyu yəhudilər, müsəlmanlar, xristianlar bir-biri ilə qonşuluq, dostluq münasibəti saxlayıb. Çünki Allah birdir! Yer üzündə həyat yalnız bu şəkildə davam edə bilər. Mən bütün müharibə və qarşıdurmaların əleyhinəyəm. Çünki müharibə insan tələfatıdır. Müharibə uşaqları valideynsiz, valideynləri övladsız qoyan amansız siyasətdir. Bütün dünyada sülhün və barışın tərəfindəyəm" deyə, Xəyyam vurğulayıb.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...