"Vətən oğullarının fədakarlığını məhəbbətlə xatırlayırıq"

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Qanlı Yanvar hadisələrindən 31 il ötür. SİA-nın məlumatına görə, şəhidlərimizi müğənni Ruhi Əliyeva da anıb: "Yanvarın 19-dan 20-nə keçən gecə... Qanlı 20 Yanvar hadisələrindən artıq 31 il keçir. O gün nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə xalqın milli azadlığı, müstəqilliyi üçün yol açan Vətən oğullarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin!"

Bütün xəbərlər Facebook səhifəmizdə