Pərvin hərbi geyimini tənqid edənlərə cavab verdi FOTOLAR

Xəbər verdiyimiz kimi, Ali Baş Komandan İlham Əliyev Ağdamın erməni işğalından azad edildiyini açıqlayıb. Bununla bağlı aktrisa Pərvin Abıyeva "İnstagram" hesabında paylaşım edib. Hərbi texnikanın yanında şəkil çəkdirən Pərvin "Gözümüz aydın olsun" sözünü yazıb.

Onun bu addımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, hərbi texnikanın yanında şəkil çəkdirməyi düzgün hesab etməyən izləyicilər Pərvini tənqid atəşinə tutublar. Hətta hərbi geyimin ona yaraşmadğını qeyd ediblər.

SİA-nın məlumatına görə, məsələ ilə bağlı olaraq aktrisa açıqlama verib: "Neçə gündür görürəm ki, hərbi geyimdə çəkdirdiyim şəkillər bəzilərini qıcıqlandırır. Anlayıram. Amma hazırda elə günlər yaşayırıq ki, sosial şəbəkədə başqa fotolar paylaşmaq içimdən gəlmir. Ona görə də, dostlar, rəy yazarkən diqqətli olun. Bizim 1 düşmənimiz var. O da erməni!

Bu şəkillər isə Tərtər rayonuna əsgərlərimizə sovqat apararkən çəkilib".

Bütün xəbərlər Facebook səhifəmizdə