"Böhtanlara dözdüm, üzdə gülüş, qəlbdə göz yaşları axıtdım"

Xalq artisti Məleykə Əsədova son günlər haqqında yazılan dedi-qodulara münasibət bildirib. SİA-nın məlumatına görə, o, bu sözləri deyib: "Bağışla ürəyim, səni incitdiyim, əzab verdiyim, kədərə bürüdüyüm üçün... Zərifliyini nəzərə almadan ürəyim ağır yüklər daşıdı. Böhtanlara dözdü, üzdə gülüş, qəlbdə göz yaşları axıtdı. Ürəyim, məni bağışla. Saflığın, təmizliyin, gözəlliyin təkcə mənə lazımdır. Çox vəfasızam sənə qarşı, səni çox incitdim. Nə qədər dözəcəksən mənlə bilmirəm. Böyük çırpıntılarla döyünən, arzularla yaşayan zəhmətkeş ürəyim, bağışla".

Bütün xəbərlər Facebook səhifəmizdə