Azərbaycanlı müğənni karantinə alındı VİDEO

Müğənni Nəfəs Moskvadan əlavə reyslə Bakıya gəlib. SİA-nın məlumatına görə, ifaçı Heydər Əliyev adına Beynəlxalq Hava Limanından karantinə alınıb. O, paytaxtdakı otellərin birində yerləşdirilib.

Bu haqda Nəfəsin özü məlumat verib. Belə ki, o, sosial şəbəkədə videosunu yayımlayaraq bu sözləri deyib: "Mənim üçün narahat olanlar, artıq Bakıdayam. Hər kəs kimi mən də karantinə gedirəm. İnşAllah hər şey yaxşı olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə