Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə lentə alınan "Jara" filminin təqdimat günü bəlli olub. SİA-nın məlumatına görə, romantik komediya janrında olan ekran işi sentyabrın 5-də tamaşaçıların ixtiyarına veriləcək.
Ötən il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalı çərçivəsində çəkilişləri gerçəkləşən filmdə Rusiya şou-biznesinin tanınmış simaları rol alıblar. Onların Bakı macəraları filmdə əks edilib.
Qeyd edək ki, iyulun 26-da Bakıda filmə qapalı baxış keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB